Meta Trampın Facebook hesabını bərpa edibbackend

Meta Corporation ABŞ-ın keçmiş prezidenti Donald Trampın Facebook hesabını iki illik dayandırdıqdan sonra bərpa edib.

İctimai.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ-ın keçmiş prezidentinin hesabına sonuncu yazı 2021-ci il yanvarın 6-na, Tramp tərəfdarlarının Kapitoliyə basqın etdiyi vaxta təsadüf edir. Siyasətçinin sosial şəbəkə hesabının bloklanmasının səbəbi də budur.

Qeyd edək ki, daha əvvəl Tramp sosial şəbəkədəki hesabını blokladıqdan sonra Facebook-un milyardlarla dollar itirdiyini bildirmişdi.

Mənbə: TASS

İctimai.az