Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canan qızının atası Kərim tərəfindən şiddət görməsi barədə polisə müraciət etməyib.
Bu barədə “Qafqazinfo”ya Cananın özü məlumat verib. Sənətçinin eks-gəlini yalnız özünün döyülməsi səbəbi ilə polis bölməsinə şikayət ərizəsi yazdığını bildirib:
“Uşaq biz ayrılmamışdan əvvəl döyülüb. Bu barədə polisə müraciət etməmişəm. İstəmirəm, qorxuram ki, övladımı əlimdən alarlar. Həm də uşağımın atasıdır. Ancaq şiddət görməyim barədə iki ay əvvəl 9-cu Polis Bölməsinə şikayət ərizəsi yazmışam. İş tədqiqatçıdadır”.
Hazırda Moskvada olan M. İsgəndərli və Kərim telefonlara cavab verməyib. Müğənninin köməkçisi isə sualları cavabsız qoyub.