Mətanət İsgəndərliyə AĞIR İTKİ – FOTObackend

Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib.

O, bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

Sənətçi atası Məhəmmədəli bəyin vəfat etdiyini qeyd edib. İsgəndərli atasının vəfatı ilə əlaqədar dərin kədər hissi keçirdiyini ifadə edib:

“Ala gözlü, şirin sözlü, nur üzlü atamı itirdim. Elinə, obasına, balalarına son nəfəsinəcən sadiq qalan, balaları üçün canını verən atamı. Dərdimi atasını itirənlər bilər. Dünyada ən böyük arxa-dayağımı itirdim. Özüm övladlarıma həm atayam, həm də ana. Amma nə olsun ki, yaşımın bu çağında məni yetim qoydu. Allah bütün dünyadan köçən atalara rəhmət etsin. Ruhun şad olsun, əziz atam”.