Fransa prezidenti Emmanuel Makronun arvadı Bricit ona qarşı böhtan işi üzrə hökm elan edildikdən sonra ümidsizliyə qapılıb.
Bu barədə Daily Mail öz mənbələrinə istinadən xəbər verir.
Onlar bildiriblər ki, Bricit Paris apellyasiya məhkəməsinin “onu ən səs-küylü tənqidçilərindən ikisinə” bəraət vermək qərarına “tamamilə heyrətə gəlib”.
Nəşr vurğulayır ki, Fransa prezidentinin həyat yoldaşı bu işin ona qarşı illərlə davam edən zorakılığa son qoyacağına ümid edirdi, lakin bu, internetdə yalnız yeni təhqir dalğasına səbəb olub.
İyulun 10-da Fransa Apellyasiya Məhkəməsi jurnalist Natacha Reyə birinci xanım Bricit Makrona qarşı böhtan atdığına görə bəraət hökmü çıxarıb.