Metropoliten əməkdaşının stansiyada halı pisləşdibackend

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşının halı pisləşib.

Oxu.Az-ın məlumatına görə, hadisə metronun “Əhmədli” stansiyasında baş verib. Səhər saatlarında stansiyada xidmət aparan metropoliten əməkdaşı qəfil özünü pis hiss edib. Dərhal əraziyə təcili tibbi yardım briqadası gəlib və qurum əməkdaşı xəstəxanaya yerləşdirilib.