Meyxanaçı Ağakərim vəfat etdibackend

Meyxanaçı Ağakərim (Kərim Novruzov) vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Manset.az-a onun yaxınları məlumat verib.

Xatırladaq ki, 2017-ci ilin martında meyxanaçı Ağakərimin beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

Ağakərimin yaxın dostu, meyxanaçı Ağamirzə Məmmədov açıqlamasında bildirib ki, mərhumun nəşi dekabrın 20-də Maştağa qəbiristanlığında torpağa tapşırılacaq.