Meyxanaçı Ağakərimin (Kərim Novruzov) dəfn mərasimi keçirilir.
İctimai.az xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, dostları, ailəsi, sənət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Onun nəşi Maştağa qəsəbəsində yerləşən Seyidlər qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, 2017-ci ilin martında meyxanaçı Ağakərimin beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb və o, 61 yaşında uzun sürən xəstəlikdən vəfat edib.















