Məzahir Pənahovdan namizədlərə çağırış backend

Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidirlər.

İctimai.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

O deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir:

“Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.

İctimai.az