Miçiqan məhkəməsinin qərarı Trampa ştatda seçkilərdə iştirak etməyə icazə verir

Associated Press xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Miçiqan ştatında ilkin seçki bülletenindən çıxarılması cəhdi məhkəmə tərəfindən rədd edilib.

Agentlik bildirir ki, Miçiqan ştatının hakimi keçmiş prezident Trampın ştatda ilkin səsvermədə qalacağına qərar verib.

Bundan əvvəl Minnesota ştatının məhkəməsi də oxşar qərar vermişdi. Daha sonra 2021-ci ilin yanvarında baş vermiş Kapitoliyə hücum zamanı etdiyi hərəkətlərə görə ştatda keçirilən ilkin seçkilərdə sabiq dövlət başçısını səsvermə bülletenindən kənarlaşdırmağa çalışıblar. Həm Minnesota, həm də Miçiqan Trampa qarşı ABŞ Konstitusiyasının 14-cü Düzəlişinə müraciət etməyə çalışıblar ki, bu düzəliş ştata qarşı qiyam və ya üsyanda iştirak etmiş keçmiş hökumət rəsmilərinin Nümayəndələr Palatasının və Senatın təsdiqi olmadan seçilməsini qadağan edir.

Mənbə: A Haber

Oxşar xəbərlər