UPI yazır ki, Miçiqandan olan toyuq dünyanın ən yaşlısı kimi tanınıb və Ginnesin Rekordlar Kitabına düşüb.
2023-cü ildə quşun 21 yaşı tamam olacaq.
Toyuğun sahiblərinin dediyinə görə, onun adını Fıstıq qoyublar. Quş 2003-cü ildən onlarla birlikdə yaşayır və bu müddət ərzində onunla birlikdə toyuq hinində bir neçə nəvəsi və nəticəsi olub.
“Əminəm ki, o, bir neçə övladından çox yaşadı” deyə toyuq sahibi bildirib.
Mənbə: Haber 7
İctimai.az

