Microsoft dünyanın ən dəyərli şirkəti statusunu itiribbackend

Amerika çip istehsalçısı NVIDIA-nın bazar dəyəri Microsoft-un kapitallaşmasını ötüb və çip istehsalçısı hazırda dünyanın ən bahalı şirkətləri siyahısında birinci yerdədir.

Bunu TradingView xidmətinin məlumatları sübut edir.

İyunun 3-də NVIDIA (NVDA) səhmləri NASDAQ-da 2,8% artaraq 141,22 dollara yüksələrək şirkətin bazar dəyərini 3,45 trilyon dollara çatdırıb.

Bu arada Microsoft (MSFT) səhmləri 0,22% artaraq 462,97 dollara çatıb. Şirkətin kapitallaşması 3,44 trilyon dollar təşkil edib. Reytinqdə üçüncü yeri tutan “Apple”ın (iPhone, iPad) bazar dəyəri 3,04 trilyon dollardır.