Microsoft işçilərini həftədə üç gün ofisdən işləməyə məcbur edəcəkbackend

Microsoft, ofisdə üç iş günü və iki gün məsafədən işləməyi əhatə edən yeni hibrid iş formatına, “3+2”yə keçidi elan etdi.

Bu barədə “The Verge” məlumat yayıb.

“Microsoft”un baş insanlar direktoru Emi Koulman işçilərə ünvanladığı korporativ məktubda bildirib ki, yeni rejimə tam keçid 2026-cı ilin fevral ayına qədər başa çatdırılmalıdır. Bundan sonra tələblər korporasiyanın bütün Amerika və beynəlxalq ofislərinə şamil olunacaq.

Yeni qaydalar Microsoft ofislərindən 80 kilometr radiusda yaşayan işçilərə şamil edilir. Eyni zamanda, müəyyən kateqoriyalı mütəxəssislər üçün – müştərilər və tərəfdaşlarla görüşlərin tələb olunduğu hesabların idarə edilməsi, konsaltinq və ya sahə marketinqi üzrə – daha çevik yanaşma qorunacaq.

Əgər onların ofisində təyin olunmuş komanda və ya müştərilər yoxdursa və ya işə gediş-gəliş əhəmiyyətli maddi-texniki çətinliklərlə bağlıdırsa, işçilər sentyabrın 19-dək qaydadan istisna tələb edə biləcəklər.