Microsoft Windows 10 istifadəçilərini proqram təminatını yeniləməyə çağırmaqda davam edirbackend

“3DNews” xəbər verir ki, “Microsoft” şirkəti “Windows 10” əməliyyat sisteminin rəsmi dəstəyinin tezliklə başa çatması ərəfəsində köhnə kompüterlərin istifadəçilərini “Windows 11” sistemində TPM-in üstünlükləri barədə məlumatlandırıb.

Microsoft əməliyyat sisteminin hazırkı versiyasının əsas üstünlükləri kimi Windows 11-in ayrılmaz hissəsi olan və sistemin təhlükəsizliyini təmin edən Trusted Platform Module (TPM) texnologiyasını göstərir.

Beləliklə, “Microsoft”un məlumatına görə, TPM məxfi məlumatların şifrələnməsini təmin edir, onları mümkün kiberhücumlardan və icazəsiz girişdən qoruyur. Modul, həmçinin yükləmə prosesi zamanı zərərli proqramların işləməsinin qarşısını alan sistem proqram təminatının yoxlanılmasını həyata keçirir.

Bundan əlavə, TPM potensial təhdidlərin qarşısını alaraq, hardware səviyyəsində müdaxilə cəhdlərini aşkarlaya və sistemin işini bloklaya bilir. TPM-in digər üstünlüyü ondan ibarətdir ki, o, Windows 11-də bir sıra təhlükəsizlik xüsusiyyətləri, o cümlədən cihaz itirildikdə və ya oğurlandıqda belə məlumatların saxlanması üçün alətlər üçün əsas rolunu oynayır.