“Microsoft” şirkəti “Windows 11” əməliyyat sistemi əsasında fərdi kompüterlərinin klaviaturasını dəyişərək “süni intellekt açarı” Kopilotunu əlavə edəcək.
Bu barədə korporativ vitse-prezident və baş marketinq direktoru Yusuf Mehdi yazıb.
“Bu gün biz irəliyə doğru növbəti mühüm addım atmaqdan və Windows 11 ilə işləyən kompüterlərə Kopilot açarını təqdim etməkdən məmnunuq”, – deyə məlumatda bildirilir.
Microsoft 365 Copilot Word və Excel kimi qrafik proqramlarında işləyərkən süni intellektlə qarşılıqlı əlaqə üçün alətdir.
Mənbə: Haberler.com

