Mikayıl Cabbarov DSX əməkdaşlarını təbrik etdibackend

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

İctimai.az xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib:

“Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına peşə bayramı münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Sərhədlərimizin qorunmasına və təhlükəsizliyin təmin edilməsinə verdiyiniz töhfələr üçün təşəkkür edir, möhkəm cansağlığı və əmin-amanlıq diləyirik”.