Milad günü itkin düşən ukraynalı yeniyetmə Hollandiyada ölü tapılıbbackend

Hollandiyanın qərbindəki Heemskerk şəhərində yaşayan itkin düşmüş ukraynalı yeniyetmənin cəsədi Şeybek parkındakı gölməçədə tapılıb, NL Times xəbər verir.

Məqalədə qeyd olunur ki, 16 yaşlı Milan sonuncu dəfə Milad günü gəzintiyə çıxanda Heemskerkdəki evinin yaxınlığında görülüb. Daha sonra azyaşlı yoxa çıxıb və onun axtarışları bir neçə gün davam edib. Axtarışa yeddi yüz könüllü qoşulub, hüquq-mühafizə orqanlarına bölgənin onlarla yerdə axtarış aparmasına kömək ediblər.

“Cəsəd bazar ertəsi  günorta saatlarında Şeybek parkındakı gölməçədə tapılıb”, – jurnalistlər qeyd ediblər.