Milad günü Londonda avtomobil izdihamın üzərinə sürübbackend

Dekabrın 24-də Londonda Anqlikan kilsəsinin üzvləri Milad bayramını qeyd edərkən, naməlum şəxs avtomobili gecə klubunun qarşısındakı insanların üzərinə sürüb.

Bu barədə Daily Mail qəzeti yazır.

Nəşrin məlumatına görə, avtomobil qarşıdan gələn zolaqla hərəkət edib, daha sonra səkiyə çıxıb və dörd nəfəri vurub. Biri ağır yaralanan zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Polis 31 yaşlı kişini həbs edərək araşdırmalara başlayıb.

Ehtimal olunur ki, şübhəli şəxs kiminləsə mübahisə etdikdən sonra səkiyə atılıb.

Hüquq-mühafizə orqanları hadisənin terrorla əlaqəsi olmadığını bildirib.