Millət vəkili Anar Məmmədov seçicilərin qəbulunu keçiribbackend

Milli Məclisin deputatı Anar Məmmədov seçicilərini online qaydada qəbul edib.

“Yeni Gündəm” xəbər verir ki, deputat seçiciləriylə görüşərək onların problemləri ilə maraqlanıb.

Anar Məmmədov bildirib ki, seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır və onların həlli üçün müvafiq addımlar atır

Ölkədə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar olaraq vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olsa da, növbəti dəfə seçicilərimizlə telefon rabitəsi vasitəsilə əlaqə saxlayıb, onları narahat edən məsələləri dinlədik.

Telefon rabitəsi vasitəsilə 20-dən çox seçicinin müraciətini dinləyib, yaxın günlərdə lazımı addımların atılacağını bildirdim.

Seçicilərimizi narahat edən əsas məsələ isə daha çox içməli su problemi ilə bağlı oldu. Əfsuslar olsun ki, quraq günlərin sayının artması ilə əlaqədar olaraq yay fəsli başlayandan bəri ölkənin bir sıra ərazilərində yaşayan insanlar su təchizatı problemi ilə üzləşdilər. 96 saylı dairənin ərazisində də su ilə bağlı bəzi problemlər hələ də qalmaqda davam edir.

Biz də sakinlərin içməli suya olan tələbatını təmin etmək məqsədilə bu məsələnin ciddi araşdırılaraq tədbir görüləcəyini, problemin tezliklə həllini tapması üçün əlimizdən gələni edəcəyimizə söz verdik.
Sonda bir daha öz seçicilərimizə səslənərək, hər zaman onların yanında olduğumu, hər bir sahədə onlara qayğı göstərəcəyimi əmin etmək istəyirəm.