Millət vəkili Anar Məmmədov seçicilərin qəbulunu keçiribbackend

Bu gün Milli Məclisin deputatı Anar Məmmədov seçicilərini online qaydada qəbul edib.

“Yeni Gündəm” xəbər verir ki, deputat seçiciləriylə görüşərək onların problemləri ilə maraqlanıb.

Anar Məmmədov bildirib ki, seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır və onların həlli üçün müvafiq addımlar atır.

Deputat qeyd edib ki, seçicilərin ona ünvanladığı müraciətləri aidiyyatı qurumlara göndərməklə yanaşı, onların icra vəziyyətini də daim diqqətdə saxlayır.

Qeyd edək ki,Anar Məmmədov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən seçilib.

İctimai.az