Millət Vəkili parlament üzvlərinin gəlir bəyannaməsindən danışdıbackend

Milli Məclisin deputatı Naqif Həmzəyev parlament üzvlərinin gəlir bəyannaməsindən danışıb.

“Yeni Gündəm” xəbər verir ki, deputat bununla bağlı “ARB24” kanalına açıqlamasında bildirib ki, ölkə prezidentinin 2020-ci il fevral ayında imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda vəzifəli şəxslərin maliyyə xarakterli gəlirləri barədə məlumatların təqdim edilməsi nəzərdə tutulub:

“Bu işdə millət vəkilləri örnək olmalı, öz gəlirləri barədə deklarasiya təqdim etməlidirlər. Millət vəkillərinin deklarasiyalarının ictimaiyyətə açıqlanması digər məmurlara nümunə olardı. Eyni zamanda, millət vəkili deklarasiyaların nəzarət mexanizmi tərəfindən işlənməsi, ictimaiyyətə təqdim edilməsi gələcəyə hesablanmış addım olduğunu qeyd edib. Qeyd edim ki, bu məsələ ilə bağlı nəzarət mexanizmi Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə tapşırılıb”.

İctimai.az