Millət vəkili seçiciləri ilə görüş keçiribbackend

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Millət vəkili İlham Məmmədov YAP Yevlax rayon təşkilatının inzibati binasında seçiciləri ilə görüş keçirib.

Görüşdə iştirak edən Birinci Qarabağ müharibəsi şəhidi Samir Bəşiriovun anası Zeynəb Bəşirova, Vətən müharbəsi şəhidi Sadiq Səmədovun anası Səfalə Səmədova, Yevlax şəhər sakini Əsəd Şahmalıyev, Yevlax rayonu Qaraməmmədli kənd sakini Baloğlan Məmmədov onları narahat edən sosial, tibbi və digər məsələlərlə bağlı qayğılarının həlli məqsədilə Millət vəkilindən köməkli göstərilməsini xahiş etdilər.

Seçicilərini dinləyən Millət vəkili İlham Məmmədov onların müraciətlərinin həlli ilə bağlı aidiyyatı qurumlarla əlaqə saxlamış və digər məsələlərin həlli ilə bağlı qeydlər götürərək müvafiq tədbirlərin görüləcəyini qeyd etmişdir. Seçicilər isə öz növbəsində İlham Məmmədova təşəkkür edərək, hər zaman cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin ətrafında daim sıx birləşdiklərini bildirmişlər.