Millət vəkili şəhid ailəsinin xahişini yerinə yetirdi – Fotolarbackend

96 saylı Goranboy-Naftalan seçki dairəsindən Millət vəkili Anar Məmmədov şəhid ailəsinin xahişini ən qısa zamanda həll edib.

İctimai.az xəbər verir ki, Anar Məmmədov bu barədə məlumat verib.

Seçici müraciəti!

Artıq bir müddətdir ki, təmsil etdiyimiz 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə şəhid olmuş igid Azərbaycan oğullarının məzarını ziyarət edir, ailələri ilə görüşürük. Növbəti dəfə Goranboy rayonu Veyisli kəndində şəhidlərimizin məzarını ziyarət etdik, şəhid ailələrinin qayğıları ilə maraqlandıq. Söhbət zamanı şəhid valideynləri və kənd ağsaqqalları hər iki şəhid ailəsinin yaşadığı küçədə yolun vəziyyətinin istifadə üçün yararsız olduğunu bildirdilər və bizdən küçələrə qır tökülməsini xahiş etdilər. Biz də dərhal tapşırıq verərək, küçəyə qır tökülməsini təmin etdik.

Bir daha bütün seçicilərimizi əmin etmək istəyirəm ki, bizə ünvanlamış olduğunuz müraciətlərin həlli istiqamətində addımlar atılır, səlahiyyətimiz çərçivəsində bəzi məsələlərin araşdırılması isə nəzarətə götürülür.
Öncədən də bildirdiyim kimi, seçicilərimizi narahat edən məsələlərin həlli üçün əlimizdən gələni əsirgəməyəcəyik.