Milli komandamız Avropa çempionatının 1/8 final görüşünə çıxacaqbackend

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/8 final matçına çıxacaq.

İctimai.az xəbər verir ki, millimiz 1/8 final mərhələsində Bolqarıstanla qarşılaşacaq. Matçın start fiti saat 19:30-da səsləndiriləcək.

Xatırladaq ki, millimiz qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı isə 3:1 hesabı ilə məğlub edərək 1/8 finala maksimum nəticə ilə yüksəlib. Bolqarıstan isə Gürcüstan, Serbiya və Portuqaliya ilə mübarizə apardığı E qrupunda 6 xalla ikinci olub.

Qeyd edək ki, seçmə komandamız qələbə qazanacağı təqdirdə, 1/4 finalda Qazaxıstan – Sloveniya matçının qalibi ilə üz-üzə gələcək.