Milli Məclis hökumətin hesabatını qəbul edibbackend

Milli Məclis Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.

“Report”un xəbərinə görə, hesabat parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədi Baş nazir Əli Əsədov təqdim edib.

Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.