Baş prokuror Kamran Əliyev Milli Məclisdə çıxış edib.
İctimai.az xəbər verir ki, o, etimada görə Prezident İlham Əliyevə təşəkkür edib:
“Mənə yenidən etimad göstərib bu mühüm dövlət postuna təyinatımla bağlı ali qanunvericilik orqanına müraciət etdiyinə görə Prezident İlham Əliyevə öz adımdan və prokurorluq orqanlarının əməkdaşları adından təşəkkür edirəm. Həmçinin Milli Məclisin deputatlarına da namizədliyimi dəstəklədiklərinə görə təşəkkür edirəm”.