Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişikliyi qəbul edibbackend

Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

İctimai.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

“Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsinə əsasən, Azərbaycanda kazino oyunlarının virtual formada həyata keçirilməsinə icazə verilməyəcək.

Bununla bağlı qanunvericiliyə yeni maddə əlavə edilir.