Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər birinci oxunuşda qəbul olunubbackend

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Oxu.Az xəbər verir ki, sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Daha sonra qanun layihəsi barədə deputatlar çıxış ediblər.

Sonda sənəd səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.