Milli Məclisin deputatı Anar Məmmədov qazilərlə görüş keçirib – FOTObackend

Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Goranboy rayonu Kəhrizlə kəndində Vətən müharibəsi qaziləri ilə görüşüb.

Yeni Gündəm” xəbər verir ki, görüşdə rayon ağsaqqalları və ziyalıları, kənd sakinləri, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev iştirak edib.

Qeyd edək ki, görüşdə çıxış edən deputat Anar Məmmədov İkinci Qarabağ müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi hesabına, şəhidlərimizin qanı-canı bahasına ölkəmizin mənfur düşmən üzərində qələbə qazanmasından söhbət açıb. Bütün qazilərin, şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.

Milli Məclisin deputatı görüşdə, həmçinin qazilərin gündəlik rastlaşdıqları problemləri dinləyərək, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıb.

Görüşün sonunda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalları qazilərə təqdim olunub, qazilərimiz də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.