Milli Məclisin qərarı: Elman Rüstəmov vəzifəsindən uzaqlaşdırıldıbackend

Milli Məclisin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi məsələsinə baxılıb.

Oxu.Az-ın məlumatına əsasən, deputatlar “Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” qərar layihəsinin lehinə səs veriblər.

Deputatlar daha sonra Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələni müzakirəyə çıxarıblar.

Deputatlar Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilməsinin lehinə səs veriblər.