“Milli-mənəvi dəyərlər və Azərbaycançılıq” adlı kitab nəşr olunubbackend

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümumi şöbəsinin müdiri Amil Cavadovun “Milli-mənəvi dəyərlər və Azərbaycançılıq” adlı kitabı nəşr olunub.

Kitabda əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu Azərbaycançılıq ideyasının yaranma tarixi, mahiyyəti, dövlətçiliyimizin inkişafında yeri və rolu müxtəlif aspektlərdən araşdırılaraq işıqlandırılıb.

Müəllif nəşrdə Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasında, milli birliyin möhkəmlənməsindəki rolundan, dövlətin din siyasətinin formalaşmasındakı xidmətlərindən, uğurlu dövlət-din modelinin yaradılması istiqamətində yürütdüyü mükəmməl siyasətdən bəhs edib. Eyni zamanda,  kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə prioritet sahələrdən hesab edilən multikultural, tolerant və birgəyaşayış ənənələrinin təşviqi, habelə ölkə başçısının ictimai-siyasi sabitliyin qorunub saxlanılmasındakı rolu barədə məlumatlar yer alır.

Qeyd edək ki, kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə  çap edilib.