“Milli Mətbuat – 150” minifutbol turniri start götürübbackend

Şamaxıda Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında minifutbol turniri start götürüb.

Oxu.Az xəbər verir ki, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, “Avrora Qrup”un baş sponsorluğu ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, tanınmış ictimai xadimlər iştirak ediblər.

İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov turnirin formatı barədə məlumat verərək bildirib ki, iştirak edəcək komandalar Azərbaycanda XIX əsrin ilk nəşrləri – “Əkinçi”, “Ziya”, “Kəşkül” və “Kaspi” kimi adlandırılıb.