Milli Observatoriyanın əməkdaşları “MDB ölkələrinin demoqrafik inkişafı” mövzusunda təlimdə iştirak edibbackend

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşları, Rusiya Elmlər Akademiyasının Federal Tədqiqat Sosiologiya Mərkəzinin Demoqrafik Tədqiqatlar İnstitutu və BMT-nin Əhali Fondu ilə “MDB ölkələrinin demoqrafik inkişafı” mövzusunda birgə hazırladığı, distant formatda təşkil olunmuş təlimdə iştirak ediblər. Təlimdə MDB ölkələri üzrə dövlət qulluqçuları, akademik institutların, eləcə də təhsil qurumlarının nümayəndələri iştirak edib.

Təlimi uğurla bitirən əməkdaşlar qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirdiklərinə görə müvafiq sertifikat və ixtisasartırma haqqında sənədlə təltif olunublar.