“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvü, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
“Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”, – deyə qurumdan bildirilib.