Min illik İncil Nyu-Yorkda hərracda 38,1 milyon dollara satılıb

Ticarət evinin Twitter-də yazdığına görə, 1 min ildən çox yaşı olan İncil Nyu-Yorkda Sotheby`s hərracında 38,1 milyon dollara satılıb.

“Ən qədim və ən tam İbranicə İncil tarixi müstəqil hərracda satılıb”, – məlumatda deyilir.

KİV-in məlumatına görə, kitabın təxminən 1,1 min il yaşı var.

Müqəddəs Kitabı ANU Yəhudi Xalqının Muzeyinə bağışlayacaq Amerika qeyri-kommersiya təşkilatı adından keçmiş amerikalı diplomat Alfred Moses alıb.

Oxşar xəbərlər