Mingəçevirdə dəhşətli qəza: Qadın sürücü yeddisi azyaşlı olmaqla, 10 nəfəri vurdubackend

Mingəçevirdə 10-dan çox insanın xəsarət alması ilə nəticələnən qəzanın təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.

Bu zaman həyat yoldaşının avtomobili idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb.

Bəzi yaralıların vəziyyəti ağırdır.

İctimai.az