Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi xəstəxanada ölübbackend

Mingəçevirdə minik maşınının vurub ağır xəsarət yetirdiyi 8-ci sinif şagirdi xəstəxanada ölüb.

İctimai.az “Unikal”a istinadən xəbər verir ki, hadisə bir həftə əvvəl şəhərin Gəncə şosesində baş verib. Belə ki, avtobusdan düşüb yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Amil Habil oğlu Rzayevi VAZ-2107 avtomobili vuraraq çox sayda bədən xəsarəti yetirib.

Yaralı yeniyetmə koma vəziyyətində xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin cəhdlərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.