Minlərlə insan “WhatsApp”sız qaldı: Bu gündən tətbiq bəzi telefonlarda işləməyəcəkbackend

Bu gündən “WhatsApp” öz tətbiqini köhnə smartfonlarda – 4.1 Android və 9 iOS-dan aşağı versiyalarda dəstəkləməyəcək.

İşləmə qaydalarında ediləcək dəyişikliyi “WhatsApp” hələ oktyabr ayında elan etmişdi.

Bildirilmişdi ki, noyabrın 1-dən köhnə modellərdə “WhatsApp” proqramlarına texniki dəstək verilməyəcək. Siyahıda “Apple”, “Samsung”, “LG”, “ZTE”, “Huawei”, “Sony” kimi brendlərlə yanaşı “Alcatel”, “Archos”, “HTC”, “Caterpillar”, “Wiko”, “Lenovo” kimi markaların əvvəlki modellərinin də adları var.