Miqrantları daşıyan avtobus qəza etdi, 17 nəfər öldübackend

Meksikada qeyri-qanuni mühacirləri daşıyan sərnişin avtobusunun aşması nəticəsində 17 nəfər ölüb, 13 immiqrant yaralanıb.

Meksikanın Oaxaca və Puebla əyalətləri arasında ən azı 45 qeyri-qanuni immiqrantın olduğu sərnişin avtobusu aşıb. Bölgəyə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.

Puebla əyalətinin daxili işlər naziri Julio Miguel verdiyi açıqlamada qəzada 17 immiqrantın həyatını itirdiyini, 13 immiqrantın isə yaralandığını bildirib. Qəzaya uğrayan avtobusun ABŞ sərhədinə doğru getdiyi və içərisində Kolumbiya, Venesuela və bəzi Mərkəzi Amerika ölkələrindən olan qeyri-qanuni mühacirlərin olduğu bildirilib.

Qəzadan xəsarət almadan sağ çıxan mühacirlərin səlahiyyətlilər tərəfindən tutulmamaq üçün hadisə yerindən qaçdıqları bildirilib.

Mənbə: BBC.com

İctimai.az