Mirhəsən Seyidov rayonda aparılan abadlıq işləri ilə tanış olub – FOTOLARbackend

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Bankə qəsəbəsində aparılan abadlıq- quruculuq işləri ilə yerindəcə tanış olub.

Neftçala rayonunda aparılan geniş tikinti, abadlıq və quruculuq işləri Bankə qəsəbəsində də uğurla davam etdirilir. Görülən işlər zamanı Bankə qəsəbəsinin mərkəzi küçələrində divarlar yenidənqurulub, suvanıb, boyanıb, küçələr, açıq drenlər tullantılar təmizlənib, qəsəbənin C. Mikayılov, S.Vurğun, A.Nəsirov, Bankə- 1№ Mayak küçələrinə asfalt örtük çəkilib və abadlaşdırılıb.

Görülən işlərlə tanış olan Rayon İcra Hakimiyyətinin başçısı tapşırıq və tövsiyyələrini verib. Bankə qəsəbə sakinləri ilə görüşən Rayon İcra Hakimiyyətinin başçısı onların təkliflərini, fikirlərini, xaişlərini dinləyib və aidiyyəti üzrə yerindəcə tapşırıqlar verilib.

Bankə qəsəbə sakinləri qəsəbələrində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq Cənab Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyeva öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Reklam 160×600 (Sağ)

Reklam 160×600 (Sağ)