Rusiyanın Qahirədəki səfiri Georgi Borisenko Misirin Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu 5 ölkənin dövlətlərarası assosiasiyaya daxil olmaq üçün ərizə göndərdiyini bildirib.
Bu barədə TASS məlumat yayıb.
“Misir BRİKS qrupuna qoşulmaq üçün müraciət edib, çünki BRİKS-in hazırda məşğul olduğu təşəbbüslərdən biri ticarətin alternativ valyutalara maksimum transferidir…”, – Borisenko vurğulayıb.
Onun sözlərinə görə, həm ticarət əlaqələrinin milli valyutalara keçməsindən, həm də hansısa birgə valyutanın yaradılmasından danışmaq olar.
“Misir bunda çox maraqlıdır”, – diplomat əlavə edib.
Mənbə: TASS