Misir Dağıstanda törədilən terror aktlarını pisləyib və həlak olanların ailələrinə başsağlığı veribbackend

Misir Dağıstanda törədilən terror aktlarını qətiyyətlə pisləyib.

TASS xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Əbu Zeyd məlumat yayıb.

Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulamışdır ki, Misir “mümkün olan ən sərt şəkildə” Dağıstanda baş vermiş terror aktlarını pisləyir və istənilən formada zorakılıq və terroru qəti şəkildə rədd etdiyini təsdiqləyir.

Onun sözlərinə görə, Misir baş verənlərlə bağlı “Rusiya ilə həmrəy olduğunu bəyan edir” və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və “qurbanların tezliklə sağalmasını arzulayır”.