Misir Mərkəzi Bankı əsas faiz dərəcəsini 200 faiz bəndi artırıbbackend

Misir Mərkəzi Bankı əsas uçot dərəcəsini 200 faiz bəndi artıraraq 19,25%-dən 21,25%-ə qaldırmağa qərar verib. Bu barədə TASS məlumat yayıb.

Misir Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin məlumatına görə, qlobal inflyasiyanın azalmasına baxmayaraq, mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsi hələ də gözlənilməzdir. Misir tənzimləyicisi qeyd edib ki, bu, xüsusilə Qırmızı dənizdə daşımaların dayandırılması ilə bağlı dünya əmtəə qiymətlərindəki dəyişikliklərə aiddir.

Sənəddə göstərilir ki, Misirin real ÜDM-in artım tempi 2023-cü ilin üçüncü rübündə 2,7% olub, ikinci rübdə bu göstərici 2,9% təşkil edib. Mərkəzi Bankın məlumatına görə, göstəricilər iqtisadi aktivliyin azalmasından xəbər verir.

Mənbə: TASS