Misir prezidenti Əbdülfəttah əs-Sisi BRİKS sammitində iştirak etmək üçün Kazana gedib.
TASS bu barədə Prezident Aparatına istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Əl-Sisinin digər məsələlərlə yanaşı rusiyalı həmkarı Vladimir Putinlə də görüşü nəzərdə tutulub.
“Sammit çərçivəsində əs-Sisi Rusiya prezidenti Vladimir Putin və sammitdə iştirak edən digər BRİKS ölkələrinin liderləri ilə görüşməyi və onlarla ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq arenada son hadisələri müzakirə etməyi planlaşdırır. ”, – Misir prezidentinin ofisi bildirib.