Misir Prezidenti Əbdülfəttah Xəlil əs-Sisi ABŞ Prezidenti Donald Trampın Qəzza Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib.
Bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat verib.
Bəyanatda deyilir: “Misir bu addımı alqışlayır və təşkilata qoşulmaq barədə razılığını bildirir”.
16 yanvarda Tramp Qəzza zolağını idarə edəcək Sülh Şurasının yaradıldığını elan edib.















