Misir Ukrayna böhranının kök səbəblərinin aradan qaldırılmasına çağırıbbackend

Misir Ukrayna böhranının kök səbəblərinin aradan qaldırılması zərurəti ilə bağlı Rusiya ilə həmrəydir.

Bunu xarici işlər naziri Bədr Əbdül Ati Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz Ukraynadakı böhranı müzakirə etdik və Misirin münaqişənin diplomatik həllini dəstəklədiyini təsdiqlədik. Biz böhranın kök səbəblərinin həllini tam dəstəkləyirik”, – deyə o bildirib.

3 apreldə Rusiya xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Bədr Əbdül Ati ilə danışıqlar aparıb.