Misir Prezidenti Əbdülfəttah Xəlil əs-Sisi Qahirənin Ukraynadakı münaqişənin diplomatik yolla həllini dəstəkləməyə hazır olduğunu açıqladı.
Bu barədə TASS Misir Prezident Aparatına istinadən məlumat yayıb.
“Misir Ukrayna münaqişəsinin siyasi yolla həllini dəstəkləyir və bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləməyə hazırdır”, – əs-Sisi vurğulayıb.
Bundan əlavə, o, Rusiya ilə strateji əməkdaşlığın gücləndirilməli olduğunu bildirib.














