Misirin cənubunda, Deyr əl-Bahri bölgəsində qazıntılar zamanı arxeoloqlar azsaylı qadın fironlardan biri olan Hatşepsut məbədinin bünövrəsinin bir hissəsini tapmağa nail olublar.
RİA Novosti xəbər verir ki, bu barədə misirşünas Zahi Havas mətbuat konfransında bildirib.
“Vadinin yaxınlığında yerləşən və məbədin əsas giriş qapısı olan Hatşepsut məbədinin bünövrəsinin bir hissəsi aşkar edilib”, o qeyd edib.
Digər şeylər arasında tədqiqatçılar I Ptolemeyin dövrünə (367-283) aid Makedoniyalı İskəndərin təsvirləri olan bürünc sikkələr tapdılar.
Ərazidə arxeoloji qazıntılar 2022-ci ilin sentyabrından davam edir.