Misirdə tikilən bu körpü görənləri heyrətə saldı – FOTObackend

Misirdə hökumət tərəfindən tikilməkdə olan Kral Abdullah körpüsünün sosial şəbəkədə yayılan görüntüləri istifadəçiləri heyrətə gətirib.

“HaberGlobal”ın məlumatına görə, paytaxt Qahirənin cənubunda tikilən körpünün layihə hesablamaları yanlış aparıldığı üçün ətrafdakı binalara problem yaradıb.

Körpü bəzi yerlərdə binaların evyanlarını, bəzi yerlərdə isə pəncərələrini bağlayıb.

Misir hökuməti isə sözügedən körpünün əhəmiyyətini vurğulamaqla ətrafdakı binaların qanunsuz şəkildə tikildiyini iddia edib.

İctimai.az