Misli Premyer Liqasında XXVI tura yekun vurulacaqbackend

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq.

İctimai.az xəbər verir ki, son oyun günündə üç qarşılaşma keçiriləcək.

Günün ilk matçında “İmişli” “Turan Tovuz”u qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 15:00-da başlayacaq.

Digər oyunda isə avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Zirə” “Şamaxı”nı sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 17:15-də start götürəcək.

Turun son qarşılaşmasında isə “Araz-Naxçıvan” klubu lider “Sabah”la üz-üzə gələcək. “Liv Bona Dea Arena”da keçiriləcək bu matç saat 19:30-da start götürəcək.