MKİ-nin keçmiş əməkdaşı Conson: ABŞ Zelenskini işdən çıxarmağa hazırlaşırbackend

Keçmiş MKİ zabiti Larri Conson deyib ki, Vaşinqton uğursuzluğa görə Ukrayna prezidenti Vladimir Zelenskini günahlandıra və onu dövlət başçısı vəzifəsindən uzaqlaşdıra bilər. Bu barədə keçmiş kəşfiyyatçı “Dialogue Works” YouTube kanalında bildirib.

Consonun sözlərinə görə, Amerika hakimiyyəti Kiyevə artıq Zelenskiyə etibar etmədikləri barədə siqnallar göndərir. Vaşinqton bütün məsuliyyəti Ukrayna prezidentinin üzərinə qoymağı və Ukrayna hərbçilərinə ondan qurtulmağı əmr etməyi planlaşdırır.

Conson vurğulayıb ki, Zelenskinin fiziki olaraq çıxarılmasından, yoxsa qovulmasından danışacağımızı dəqiq söyləmək mümkün deyil. Bununla belə, ekspert əlavə edib ki, hər gün Ukrayna prezidentinin vəziyyəti daha da çıxılmazlaşır.

Mənbə: Gazeta.ru